Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

Hazırda oxunan: Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

613219

Britaniyalı parlamentari Coş Saymons, Böyük Mançesterin meri Endi Bernemə Vestminsterə (parlamentə) qayıtmaq üçün yol açmaq və Baş nazir Kir Starmerə meydan oxumaq məqsədilə deputatlıq səlahiyyətlərindən könüllü olaraq imtina edib.

Bizim.Media xəbər verir ki,  bu barədə o, özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.
 

Meykerfild dairəsini təmsil edən 32 yaşlı siyasətçi seçicilərinə ünvanladığı açıq məktubda insanları və doğma ölkəsini hər şeydən üstün tutduğunu, buna görə də deputatlıq mandatını güzəştsiz ruhu, enerjisi və böyük cəsarəti ilə seçilən bir liderə təhvil verdiyini bildirib.


Bu şəxs haqqında danışarkən Saymons ondan yalnız adı ilə – "Endi, əsl, dürüst və sınaqdan keçmiş" deyə bəhs edib. Hazırda Leyboristlər Partiyasında məhz Endi Bernem Starmerin istefası halında baş nazir postuna ən real namizəd hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO