103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

Hazırda oxunan: 103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

612823

103 yaşlı amerikalı nevroloq, “dünyanın ən yaşlı praktik həkimi” kimi tanınan Hovard Taker uzun və sağlam həyatın əsas prinsiplərini açıqlayıb.

Bizim.Media xəbər verir ki, 2022-ci ilə qədər fəal şəkildə işləyən və Ginnesin Rekordlar Kitabına düşən Hovard Taker uzunömürlülüyü üç əsas qayda ilə izah edir.

1. Zehni aktiv saxla

Takerə görə, ağıl bədən əzələsi kimidir və istifadə olunmadıqda zəifləyir. O, öyrənməyə davam etməyin, yeni hobbilər və fəaliyyətlərlə məşğul olmağın zehni gənc saxladığını bildirir.

2. Qəzəb və nifrətdən uzaq dur

Onun ikinci qaydası emosional balansla bağlıdır. Taker kin və qəzəbin həm psixoloji, həm də fiziki sağlamlığa zərər verdiyini vurğulayır.

3. Balansı qoru

Üçüncü prinsip “qızıl orta”dır. O, sərt pəhrizlər əvəzinə balanslı qidalanmanı tövsiyə edir və hər şeydə ölçünü qorumağın vacibliyini qeyd edir.

Hovard Takerin sözlərinə görə, uzun ömrün əsas açarı zehni aktivlik, emosional sabitlik və balanslı həyat tərzidir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO