Ukrayna üç ildən sonra ilk dəfə cəbhədə təşəbbüsü ələ alır

Ukrayna üç ildən sonra ilk dəfə cəbhədə təşəbbüsü ələ alır

Hazırda oxunan: Ukrayna üç ildən sonra ilk dəfə cəbhədə təşəbbüsü ələ alır

612636

Ukrayna üç ildən sonra ilk dəfə cəbhədə təşəbbüsü ələ almağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.

Nəşrin məlumatına görə, Rusiya ordusu ənənəvi yaz hücumuna başlamaq əlamətləri göstərmir.

Əksinə, artıq ikinci aydır ki, Rusiya qüvvələri bəzi istiqamətlərdə ərazi itirir.

“The Economist” yazır ki, Ukrayna ağır qışdan sonra vəziyyəti dəyişə bilib. Rusiya Ukraynanın şəhərlərinə və enerji infrastrukturuna demək olar ki, hər gecə dron və raket zərbələri endirsə də, Kiyev həm cəbhədə, həm də Rusiyanın arxa infrastrukturuna zərbələrdə daha ciddi nəticələr əldə etməyə başlayıb.

London Kral Kollecinin fəxri professoru, hərbi ekspert Lourens Fridmanın sözlərinə görə, hazırkı vəziyyət müharibədə dönüş nöqtəsi təsiri bağışlayır.

Nəşr qeyd edir ki, Rusiya ordusunun irəliləyə bilməməsinin əsas səbəblərindən biri Ukrayna Silahlı Qüvvələrinin qurduğu “dron divarıdır”. Hazırda ön xətdə rusiyalı hərbçilərin 80 faizə qədəri dronlarla məhv edilir.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş hərbi analitiki Set Cons bildirib ki, Rusiya ordusunda yaralıların təxliyəsi ciddi problemə çevrilib və çoxları döyüş meydanında köməksiz qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO