Neft Rusiyanın büdcəsini xilas etməyəcək

Neft Rusiyanın büdcəsini xilas etməyəcək

Hazırda oxunan: Neft Rusiyanın büdcəsini xilas etməyəcək

612607

"Urals" markalı neftin qiyməti ilin sonuna qədər 90 dollardan yuxarı qalsa belə, Rusiya büdcəsi yalnız planlaşdırılan 3,8 trilyon rublluq kəsirlə ili başa vura biləcək.

Bizim.Media xəbər verir ki, bu barədə "İzvestiya" ekspertlərə istinadən məlumat yayıb.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, aprel ayının yekunlarına əsasən büdcə kəsiri artıq 5,9 trilyon rubla çatıb. Əlavə neft gəlirləri 2026-cı ildə xəzinəyə təxminən 2 trilyon rubl gətirə bilər, lakin bu, büdcənin profisitlə (artıqlıqla) bağlanması üçün kifayət deyil.
 

Ekspertlər qeyd edirlər ki, gəlirlərin artımını rublun möhkəmlənməsi ləngidir. Büdcədə dolların məzənnəsi təxminən 92 rubl nəzərdə tutulsa da, faktiki məzənnənin 75 rubl ətrafında qalması ixracatçıların rubl ifadəsində qazancını azaldır.


Bununla belə, Rusiya hakimiyyəti mühafizəkar maliyyə siyasətini davam etdirir və əlavə neft-qaz gəlirlərinə xərclərin artırılması üçün səbəb kimi deyil, daha çox davamlılıq ehtiyatı kimi baxır.

Analitiklərin qiymətləndirməsinə görə, Rusiya büdcə kəsirini tamamilə yalnız "Urals"ın qiyməti uzun müddət 100 dollardan yuxarı olduqda bağlaya bilər. Hazırkı yüksək qiymətlər isə sadəcə planlaşdırılan göstəricilərə yaxınlaşmağa imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO