Pakistanda terror: 14 polis həlak oldu

Pakistanda terror: 14 polis həlak oldu

Hazırda oxunan: Pakistanda terror: 14 polis həlak oldu

612320

Pakistanın şimal-qərbində Xayber-Paxtunxva əyalətinin Bannu dairəsindəki polis postu yaxınlığında partlayıcı yüklü avtomobillə törədilən partlayış və daha sonra atışma nəticəsində 14 polis əməkdaşı həlak olub.

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə şənbə günü baş verib.
 

Hücum zamanı pilotsuz uçuş aparatlarından da istifadə olunub. Dağıntılar altından 14 polis əməkdaşının meyiti çıxarılıb, daha 3 nəfər isə sağ tapılaraq xəstəxanaya yerləşdirilib.


Terror aktına görə məsuliyyəti “İttihad-ul-Mücahidin” adlı silahlı qruplaşma öz üzərinə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO