Bank əməkdaşı Roma Papasına inanmadı və telefonu bağladı

Bank əməkdaşı Roma Papasına inanmadı və telefonu bağladı

Hazırda oxunan: Bank əməkdaşı Roma Papasına inanmadı və telefonu bağladı

611683

Roma Papası XIV Leo ABŞ-dakı bank hesabı üzrə əlaqə məlumatlarını yeniləmək istəyərkən maraqlı hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” Papanın yaxın dostu, keşiş Tom McCartinin danışdığı əhvalata istinadən məlumat yayıb.

Məlumata görə, Papa bankla əlaqə saxlayaraq telefon nömrəsi və ünvanını dəyişmək istəyib.

O, özünü əvvəlki adı ilə — Robert Prevost kimi təqdim edib və operatorun təhlükəsizlik suallarını cavablandırıb.

Buna baxmayaraq, bank əməkdaşı bildirib ki, məlumatların dəyişdirilməsi üçün müştəri filiala şəxsən gəlməlidir.

Bundan sonra Papa zarafatla soruşub:

“Əgər mən Papa Leo olduğumu desəm, nəsə dəyişər?”

Keşişin sözlərinə görə, bank əməkdaşı bu sözlərdən sonra telefonu bağlayıb.

Hadisə daha sonra başqa bir keşişin bank rəhbərliyi ilə əlaqə yaratmasından sonra həll edilib.

Qeyd edək ki, hadisə ilə bağlı Vatikan hələlik rəsmi açıqlama verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO