Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Hazırda oxunan: Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

611411

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun sabah Türkiyəyə rəsmi səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkə hesabında məlumat yayıb.

O, bildirib ki, Abdelmacid Tebbun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 6-8 mayda Türkiyədə rəsmi səfərdə olacaq.
 

Səfər çərçivəsində mayın 7-də Ankarada Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.


Bundan əlavə, səfər zamanı ikitərəfli münasibətlərin müqavilə əsasını gücləndirəcəyi və müxtəlif müqavilələrin imzalanması da gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO