Ərəb ölkələrinin ABŞ-la təhlükəsizlik ittifaqından asılılığı son geosiyasi proseslər fonunda yenidən nəzərdən keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Jazeera”nin analitik materialında qeyd olunub.
Nəşrin təhlilinə görə, son hadisələr Vaşinqtona həddindən artıq arxalanmağın region ölkələri üçün zəmanətli təhlükəsizlik təmin etmədiyini göstərib.
Bildirilir ki, regional münaqişələrin nəticələri ABŞ-la sıx əməkdaşlığın sabitlik üçün tam təminat olmadığını üzə çıxarıb. Əksinə, bəzi hallarda bu asılılıq ərəb ölkələri üçün ciddi iqtisadi və geosiyasi itkilərlə nəticələnib.
Al Jazeera yazır ki, yaranmış vəziyyət region dövlətlərini Amerika siyasətindən yüksək səviyyədə asılı qalmağın məqsədəuyğunluğu barədə düşünməyə vadar edib.
Məqalədə qeyd olunur ki, ərəb dünyasında ABŞ-la müttəfiqlik münasibətlərinin inkişafına birtərəfli şəkildə resurs yatırmağa maraq azalır.
Təhlilə əsasən, ərəb ölkələri bundan sonra təhlükəsizlik və xarici siyasət məsələlərində daha çoxşaxəli yanaşmaya üstünlük verə, regional və alternativ beynəlxalq tərəfdaşlıqları gücləndirməyə çalışa bilərlər.
Bizim.Media
































































































