Rusiya MN: Gecə ərzində 289 Ukrayna dronu vurulub

Rusiya MN: Gecə ərzində 289 Ukrayna dronu vurulub

Hazırda oxunan: Rusiya MN: Gecə ərzində 289 Ukrayna dronu vurulub

611229

Rusiya Müdafiə Nazirliyi ötən gecə ölkənin müxtəlif regionları üzərində 289 Ukrayna pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 4-ü saat 20:00-dan mayın 5-i saat 07:00-dək növbətçi hava hücumundan müdafiə vasitələri təyyarə tipli Ukrayna dronlarını ələ keçirərək məhv edib.

Nazirliyin məlumatına görə, PUA-lar Bryansk, Belqorod, Voronej, Kursk, Kaluqa, Smolensk, Oryol, Tver, Tula, Ryazan, Pskov, Novqorod, Leninqrad, Rostov, Volqoqrad vilayətləri, Moskva regionu, Krım və Tatarıstan respublikaları, Krasnodar diyarı, həmçinin Azov dənizi akvatoriyası üzərində vurulub.

Rusiya tərəfi hücumun nəticələri və mümkün dağıntılar barədə əlavə məlumat açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO