İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

Hazırda oxunan: İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

611119

İran ordusu Hörmüz boğazından keçməyə cəhd edən ABŞ hərbi dəniz qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi açıb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
 

Bildirilir ki, ABŞ esmineslərinin ilkin xəbərdarlığı nəzərə almamasından sonra İranın hərbi dəniz qüvvələri qarşı tərəfin gəmiləri istiqamətində qanadlı raketlərlə xəbərdarlıq atəşi açıb və pilotsuz uçuş aparatları buraxıb.


Qeyd edək ki, daha əvvəl İran Silahlı Qüvvələrinin xəbərdarlığa məhəl qoymadan Hörmüz boğazından keçməyə cəhd edən ABŞ gəmisinə hücum etdiyi barədə xəbər yayılmışdı. Lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sözügedən xəbərləri təkzib etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO