Sergey Melikov Dağıstan rəhbəri vəzifəsindən istefa verdi

Sergey Melikov Dağıstan rəhbəri vəzifəsindən istefa verdi

Hazırda oxunan: Sergey Melikov Dağıstan rəhbəri vəzifəsindən istefa verdi

611070

Dağıstan rəhbəri Sergey Melikov öz istəyi ilə vəzifəsindən ayrılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı fərmanı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

Fərmana əsasən, Dağıstan rəhbəri vəzifəsini müvəqqəti icra etmək Fyodor Şukinə həvalə olunub. O, daha əvvəl Dağıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Rusiya mediasının məlumatına görə, Şukin bu gün Ali Məhkəmənin sədri vəzifəsindən istefa verib və daha sonra Dağıstan rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin olunub.
 

Sergey Melikov Dağıstana 2020-ci ildən rəhbərlik edirdi. O, Şimali Qafqazda ən təcrübəli idarəçilərdən biri hesab olunur.


Melikovun karyerası güc strukturlarında xidmət, antiterror əməliyyatlarına rəhbərlik və federal vəzifələrdə fəaliyyətlə bağlıdır.

TASS yazır ki, Dağıstan rəhbəri seçkilərinin 2026-cı ilin sentyabrında keçirilməsi gözlənilir. Fyodor Şukin həmin vaxta qədər respublika rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO