“Apple” yeni “Ultra” seriyalı cihazlarını təqdim edəcək

“Apple” yeni “Ultra” seriyalı cihazlarını təqdim edəcək

Hazırda oxunan: “Apple” yeni “Ultra” seriyalı cihazlarını təqdim edəcək

610330

“Apple” yeni “Ultra” seriyasının bahalı cihazlarını ictimaiyyətə təqdim edəcək.

Bizim.Media xəbər verir ki, “MacRumors” nəşri “Apple”nin insayder hesabatlarını təhlil edərək şirkətin smartfonlar, noutbuklar və digər cihazlar da daxil olmaqla bir sıra qabaqcıl və bahalı cihazlarını ictimaiyyətə təqdim edəcəyini yazıb.

Məlumata görə, premium seriyanın flaqman məhsulu sentyabr ayında satışa çıxarılması planlaşdırılan qatlanan “iPhone Ultra” smartfonu olacaq.

İkinci cihaz isə OLED sensor ekrana malik “MacBook Ultra” noutbukudur.

“Apple” şirkətinin artıq “Ultra” seriyalı bir neçə cihazı var. Bunlara “Ultra M” seriyalı prosessorlar, “Apple Watch Ultra” ağıllı saatı və “CarPlay Ultra” media sistemi daxildir.

Qeyd edək ki, aprelin sonlarında “Bloomberg” agentliyi “Apple” şirkətinin ən qabaqcıl və ən bahalı “MacBook Ultra” kompüterini təqdim edəcəyini açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO