Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Hazırda oxunan: Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

610274

Yaxın Şərqdə əməliyyatlarda iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln və USS Tripoli gəmilərində xidmət edən hərbçilərin qida təminatı ilə bağlı narazılıqlar yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə “USA Today” nəşri yazıb.
 

Belə ki, hərbçilərin ailə üzvlərinin paylaşdığı fotolarda əsgərlərə verilən yeməklərin az və keyfiyyətsiz olduğu görünür. Bəzi hərbçilərin arıqladığı, hətta əlavə qida (məsələn, protein tozu) göndərilməsinə ehtiyac yarandığı bildirilir.


Pentaqon və Hərbi Dəniz Qüvvələri isə bu iddiaları təkzib edərək, gəmilərdə kifayət qədər ərzaq ehtiyatının olduğunu açıqlayıb. Onların sözlərinə görə, ən azı 30 günlük qida ehtiyatı mövcuddur və problem yoxdur.

Bununla belə, bəzi keçmiş hərbi rəsmilər qeyd edir ki, Hörmüz boğazı ətrafında yaranan gərginlik və təchizat zəncirindəki çətinliklər səbəbindən təzə qida məhsulları vaxtında çatdırılmaya bilər.

Bu isə dənizçilərin əsasən konserv və quru ərzaqla qidalanmasına gətirib çıxarır.

Məsələ ABŞ-da siyasi müzakirələrə də səbəb olub və bəzi konqres üzvləri araşdırma aparılmasını tələb ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO