Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

Hazırda oxunan: Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

610061

Böyük Britaniya Kralı III Çarlz ABŞ-da keçirilən qəbul zamanı tarixi hadisəyə eyham vuraraq zarafat edib.

Bizim.Media xəbər verir ki, o, çıxışında 1814-cü ildə Britaniya qoşunlarının Vaşinqtonu ələ keçirməsi və Ağ Ev də daxil olmaqla bir sıra hökumət binalarını yandırmasına işarə edib.

Kral III Çarlz ABŞ Prezidenti Donald Trampa müraciət edərək Ağ Evdəki dəyişikliklərə toxunub:

“Bu münasibətlə, cənab Prezident, ötən il Vindzor qəsrinə səfərinizdən sonra Şərq qanadındakı dəyişiklikləri qeyd etməyə bilmərəm. Təəssüflə deməliyəm ki, britaniyalılar, əlbəttə, 1814-cü ildə Ağ Evdə öz kiçik rekonstruksiya cəhdlərini etmişdilər”, - deyə monarx zarafatla bildirib.

Kral daha sonra iki ölkə arasında tarixi əlaqələrin və dostluğun yenilənməsinin vacibliyini vurğulayıb:

“Hər halda, ölkələrimiz və xalqlarımız arasında bu tarixi əlaqələri və dostluğu belə kritik məqamda yeniləmək üçün mühüm imkanımız olduğuna çox şadam”, - deyə III Çarlz əlavə edib.

Qeyd edək ki, 1812-ci il müharibəsi zamanı Britaniya qoşunları Vaşinqtona daxil olaraq Ağ Ev və Kapitoli də daxil olmaqla bir sıra hökumət binalarını yandırmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO