“Apple” ən bahalı kompüterini buraxacaq

“Apple” ən bahalı kompüterini buraxacaq

Hazırda oxunan: “Apple” ən bahalı kompüterini buraxacaq

609765

“Apple Inc.” korporasiyası yaxın zamanda “MacBook Ultra” noutbukunu təqdim edəcək. Sözügedən model brendin kompüterlər xəttində ən qabaqcıl və ən bahalı modeli olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “MacRumors” nəşri nüfuzlu insayder Mark Qurmana istinadən məlumat yayıb.

Qurmanın sözlərinə görə, şirkət tamamilə yeni “MacBook Ultra” modelini təqdim etməyə hazırlaşır. Bu, “Mac” ailəsində ən bahalı portativ kompüter olacaq və bütün “MacBook Pro” versiyalarını geridə qoyacaq. Bununla belə, Mark Gurman cihazın ehtimal olunan qiymətini açıqlamayıb.
 

İnsayder modelin əsas xüsusiyyətlərini də sadalayıb. Bunlara toxunuşa həssas OLED display daxildir. Bu isə qurğunu yalnız klaviatura və siçanla deyil, həm də barmaqlarla idarə etməyə imkan verəcək. Bundan əlavə, flaqman kompüter “Dynamic Island” çıxıntısı ilə təchiz olunacaq ki, bu da “iPhone” modellərində istifadə olunur.


Məqalədə qeyd olunur ki, cihaz M6 Pro və M6 Max prosessorları ilə işləyəcək. Bu çiplər iki nanometrlik texproses əsasında hazırlanacaq ki, bu da standart göstəricilərlə müqayisədə məhsuldarlıq və enerji səmərəliliyini artırmalıdır. Böyük ehtimalla, model 2027-ci ilin əvvəlində təqdim ediləcək. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO