Livan və İsrail arasında birbaşa danışıqların başlanacağı tarix və məkan hələ müəyyən edilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Livanın “Ad-Diyar” nəşri mənbələrə istinadən məlumat yayıb.
Buna səbəb bölgədə vəziyyətin yenidən gərginləşməsidir. Mənbələr bildiriblər ki, hazırda İsrailin Baş naziri Benyamin Netanyahu ilə Livan Prezidenti Jozef Aun arasında görüş məsələsi müzakirə olunmur.
Bununla belə, Livan Prezidentinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfəri istisna edilmir.
Məlumatlı mənbələr həmçinin bildiriblər ki, “Hizbullah” İsraillə danışıqlara qəti şəkildə qarşı çıxır və Livan hakimiyyətini də bu prosesdən imtina etməyə çağırır.
Bu xəbərlər Cənubi Livanda “Hizbullah”ın atəşləri və İsrail ordusunun cavab tədbirləri fonunda bölgədə gərginliyin artdığı bir vaxtda yayılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:35 / 26.04.2026
Livan və İsrail arasında birbaşa danışıqların vaxtı hələ müəyyənləşməyib
Hazırda oxunan: Livan və İsrail arasında birbaşa danışıqların vaxtı hələ müəyyənləşməyib
Hazırda oxunan: Livan və İsrail arasında birbaşa danışıqların vaxtı hələ müəyyənləşməyib
609385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































