ABŞ Prezidenti Donald Tramp İranda ölkə rəhbərliyi ilə bağlı daxili qarşıdurmaların yaşandığını bildirib və Vaşinqtonun Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp Truth Social hesabında paylaşım edib.
“İran indi böyük çətinliklə anlamağa çalışır ki, ümumiyyətlə onların lideri kimdir. Onlar özləri də bunu bilmirlər”, - deyə ABŞ prezidenti yazıb.
Tramp bildirib ki, “döyüş meydanında ciddi məğlubiyyətə uğrayan sərt xətt tərəfdarları” ilə “əslində o qədər də mülayim olmayan, amma getdikcə daha çox hörmət qazanan mülayimlər” arasında mübarizə son dərəcə gərgin xarakter alıb.
ABŞ lideri, həmçinin Hörmüz boğazına tam nəzarət etdiklərini vurğulayıb.
“Biz Hörmüz boğazına tam nəzarət edirik. ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan heç bir gəmi ora daxil ola və ya oradan çıxa bilməz. İran saziş bağlayana qədər boğaz ‘hermetik şəkildə bağlanıb’”, - deyə Tramp əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:49 / 23.04.2026
Tramp: İranda lider yoxdur
Hazırda oxunan: Tramp: İranda lider yoxdur
Hazırda oxunan: Tramp: İranda lider yoxdur
608957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































