Polşa XİN başçısı Kanye Uesti faşist adlandırdı – VİDEO

Polşa XİN başçısı Kanye Uesti faşist adlandırdı – VİDEO

Hazırda oxunan: Polşa XİN başçısı Kanye Uesti faşist adlandırdı – VİDEO

608700

Polşa baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski amerikalı reper Kanye Uestin (Ye) ölkəyə girişinə qadağa qoyulacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazir bu barədə Instagram hesabında paylaşım edib.

“Cənab Kanye Uest Polşaya daxil olmayacaq. Faşistlərin yeri həbsxanadır”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, daha əvvəl sənətçinin Polşanın Xojuv şəhərində keçirilməsi planlaşdırılan konserti ləğv olunub.

Təşkilatçılar bu qərarı aprelin 17-də, Polşa hakimiyyət nümayəndələrinin, o cümlədən mədəniyyət nazirinin Kanye Uestin ölkəyə girişinə məhdudiyyət qoyula biləcəyi ilə bağlı açıqlamalarından sonra veriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO