“ABŞ-nin Tehranla atəşkəs müddətini uzatmaq qərarı vaxt qazanmaq və mümkün yeni hücuma hazırlaşmaq məqsədi daşıyır”.
Bizim.Media İran KİV-ə istinadla xəbər verir ki, bu barədə İran parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi bildirib.
M.Məhəmmədi qeyd edib ki, ABŞ sonradan İrana qəfil hücum etməyə cəhd göstərə bilər.
O, həmçinin vurğulayıb ki, davam edən ABŞ dəniz blokadası hərbi təcavüz aktı kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yeni təkliflər təqdim olunana və müzakirələr başa çatana qədər İranla atəşkəs rejimini uzatdığını bəyan edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:50 / 22.04.2026
Trampın atəşkəsi uzatmasına İrandan REAKSİYA
Hazırda oxunan: Trampın atəşkəsi uzatmasına İrandan REAKSİYA
Hazırda oxunan: Trampın atəşkəsi uzatmasına İrandan REAKSİYA
608562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































