Puqaçova Rusiyadakı bank hesablarına 120 milyon yatırıb

Puqaçova Rusiyadakı bank hesablarına 120 milyon yatırıb

Hazırda oxunan: Puqaçova Rusiyadakı bank hesablarına 120 milyon yatırıb

608173

Rusiyanın Xalq artisti Alla Puqaçova Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiyadakı bank hesablarına təxminən 120 milyon rubl yatırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 77 yaşlı sənətçi əmanətlərini faizlə yığım hesablarında saxlayır. 2022-ci ildən onun hesablarında 119 milyon rubl yığılıb.

Puqaçova təkcə faizdən təxminən 11,5 milyon qazanıb. Rusiyada o, radio və televiziyada istifadəsinə icazə verilən mahnılarına görə qonorardan xeyli gəlir əldə etməyə davam edir. O, həmçinin SSRİ xalq artisti adına görə təqaüd və əlavə qonorar alır.
 

Kanalın yazdığına görə, əmanətdən əldə etdiyi böyük gəlirə baxmayaraq, hazırda Kiprdə yaşayan Puqaçova Kreml yaxınlığındakı dəbdəbəli mənzilinin kommunal xərclərini ödəmir.


Qeyd edilir ki, müğənninin təxminən 100 min rubl kommunal ödənişləri və əmlakının əsaslı təmiri üçün 500 milyon rubl borcu var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO