Yanmış bir nəfərsə kritik durumdadır
“Reuters”in xəbərində deyilir ki, şənbə günü səhər erkən Protland (Maine) sakini olan 5 nəfər ölüb ,bir nəfər isə kritik vəziyyətdə yanıb. Bu, adıçəkilən ərazidə son 30 ildə baş vermiş ən dəhşətli yanğındır.
Yanğının baş verdiyi səhnədə isə bir gün əvvəl Hellouinlə bağlı tədbir keçirilib. Bu barədə məlumatı yerli rəhbərlik agentliyə verib. Yanğınsöndürənlər hadisə yerinə gələndə hər tərəf od içində olub.
Məlumatda deyilir ki, bundan başqa, bir nəfərə tibbi yardım göstərildikdən sonra buraxılıb, 7 nəfər yeniyetmə isə od içində olan binadan qaçıb, canlarını qurtara biliblər. Bir nəfər isə özünü ikinci mərtəbədən atmaqla, təhlükədən kənarlaşa bilib.
Yanğınsöndürənlər bildiriblər ki, yanğın başlayandan bir saat sonra onlar hadisə yerinə gəliblər. Binanın ikinci mərtəbəsində iki, üçüncü mərtəbəsində isə üç yanmış meyit tapıblar. indi yanmış cəsədlərin tanınması üçün tədbirlər görürlər. Bundan sonra isə cəsədlər doğmalarına veriləcək.
Binada yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.
“The New York Times” isə yazır ki, 1984-üncü ildə Maine-də belə dəhşətli yanğın baş vermişdi. O vaxt da 5 nəfər yanaraq, ölmüşdü.
Qeyd edək ki, Hellouin (ing. Halloween) ”” hər il 31 oktyabrda qeyd edilən müasir balqabaqlar bayramıdır. Bayram Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanmışdır.
Bu bayram hal-hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilir. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrində təntənəli şəkildə keçirilir. (musavat)







































































































