Gülnarə Kərimovanın 131 milyon dolları Özbəkistana qaytarılacaq

Gülnarə Kərimovanın 131 milyon dolları Özbəkistana qaytarılacaq

Hazırda oxunan: Gülnarə Kərimovanın 131 milyon dolları Özbəkistana qaytarılacaq

0:00
0:00
60202

Özbəkistanın eks-prezidentinin qızı Gülnarə Kərimovanın 131 milyon dollar məbləğində vəsaiti BMT-nin yaradılan çoxtərəfli trast fondu vasitəsilə İsveçrədən vətənlərinə qaytarılmağa hazırdır.

Bizim.Media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2022-ci il fevralın 11-də İsveçrə və Özbəkistan danışıqların raundunu keçiriblər və bu danışıqlar zamanı hər iki nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının yeni çox donorlu trast fondunun yaradılması barədə prinsipial razılığa gəliblər.
 

MÖVZU İLƏ BAĞLI:

Gülnarə Kərimova COVİD 19-a yoluxdu


Fond cinayət prosesində müsadirə edilmiş aktivlərin bərpasına yönəldiləcək. Hazırda təqribən 131 milyon ABŞ dolları geri qaytarılmağa hazırdır”, - deyə Ədliyyə Nazirliyi mətbuata açıqlamasında bildirib.

Kərimova 2015-ci ilin avqustunda hədə-qorxu ilə tələb etmə və vergidən yayınmada təqsirli bilinib, 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə on il müddətinə azadlıqdan məhrum edilib. Bu il martın 18-də məhkəmə yeni cinayət işi üzrə onun həbs müddətini 13 il 4 aya qədər artırıb.

Bundan əvvəl Özbəkistan Baş Prokurorluğu məlumat vermişdi ki, Ədliyyə Nazirliyi ilə birlikdə bir sıra xarici ölkələrlə, o cümlədən ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviya ilə Kərimovanın gəlirlərinin qaytarılması istiqamətində iş aparılır. Ayrı-ayrı 1,3 milyard dollardan çox məbləğdə cinayət işi araşdırılır.

May ayında respublikanın Ədliyyə Nazirliyi məlumat vermişdi ki, ölkə hakimiyyəti Kərimovanın Fransadan 10 milyon dollar dəyərində əmlakını geri qaytarıb.

Bu ilin yanvarında Baş Prokurorluq Özbəkistanın birinci prezidentinin böyük qızına qarşı cinayət işi çərçivəsində İsveçrədən 70 incəsənət obyektini geri qaytarmaq niyyətində olduğunu da açıqlamışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO