İranın Zahedan şəhərində polis patrul maşını atəşə tutuldu - VİDEO

İranın Zahedan şəhərində polis patrul maşını atəşə tutuldu - VİDEO

Hazırda oxunan: İranın Zahedan şəhərində polis patrul maşını atəşə tutuldu - VİDEO

583823
İranda etirazçılar polis maşınını atəşə tutublar.
 
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
 
Hadisə Zahedan şəhərində baş verib. Hücum edənlər polis avtomobilini atəşə tutaraq hadisə yerini tərk ediblər.
 
Ölən və yaralanan polislərin sayı barədə dəqiq məlumat yoxdur.
 
Qeyd edək ki, xalqa qarşı repressiyalara görə Sistan və Bəlucistan əyalətinin Zahedan və digər şəhərlərində polis qüvvələri insanlar tərəfindən nifrətlə qarşılanırlar.
 
Bir müddət öncə Zahedan küçələrinin birində polis əməkdaşları içərisində bir neçə gəncin olduğu avtomobilə atəş açaraq iki nəfəri qətlə yetiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO