“Son 100 ildə Rusiya 19-dan çox ölkəyə hücum edib” - Kaya Kallas

“Son 100 ildə Rusiya 19-dan çox ölkəyə hücum edib” - Kaya Kallas

Hazırda oxunan: “Son 100 ildə Rusiya 19-dan çox ölkəyə hücum edib” - Kaya Kallas
582753
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ukrayna üçün təhlükəsizlik təminatları bu reallığı dəyişmir: burada əsas təhlükə Rusiyadır.

Son 100 ildə Rusiya 19-dan çox ölkəyə hücum edib, bəzilərinə isə üç-dörd dəfə. Bu ölkələrin heç biri heç vaxt Rusiyaya hücum etməyib”.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas Avropa İttifaqının xarici işlər nazirlərinin növbədənkənar videokonfransından sonra bildirib.
 

Bu səbəbdən onun fikrincə, istənilən sülh sazişində Rusiyadan güzəştlər əldə etməyə, onun aqressiyanı birdəfəlik dayandırmasına və sərhədləri güc yolu ilə dəyişməyə cəhd göstərməməsinə fokuslanmaq lazımdır.


“Diqqət təcavüzkar Rusiyanın nə etməli olduğuna yönəlməlidir. Ukraynanın  nədən imtina etməsinə yox. Bu gün biz ümumi prinsiplərimizi təsdiqlədik:

Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və özünümüdafiə hüququnun toxunulmazlığı. Bir sözlə, Ukrayna haqqında Ukraynasız heç nə prinsipi”, – deyə o bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO