PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaraları boşaldacaq - FOTO

PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaraları boşaldacaq - FOTO

Hazırda oxunan: PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaraları boşaldacaq - FOTO
577282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

PKK terror təşkilatı Türkiyə ərazisindəki qüvvələrini çıxarmaqla yanaşı, İraqın şimalındakı sərhəd bölgəsində yerləşən bəzi düşərgələri də tərk edəcək.

Bizim.Media xəbər verir ki, bu iddia ilə NTV telekanalı çıxış edib.
 

Telekanal öz iddiasını PKK-nın Türkiyədən çıxdığına dair yaydığı bəyanata əsaslandırır. Bəyanatda qeyd edilir ki, münaqişə və ya təxribat potensialı olan sərhəd boyu mövqelərdə də oxşar tədbirlər görülür.


Bildirilir ki, söhbət İraqın şimalındakı Zap və Metina bölgələrindəki düşərgələrin, həmçinin sərhəd zonasında PKK tərəfindən aktiv istifadə edilən mağaraların boşaldılmasından gedə bilər.

Qeyd edilir ki, İraq-Türkiyə sərhədi boyunca dağlıq ərazilərdə yerləşən yeddi böyük düşərgəsi var.

Xatırladaq ki, PKK bu gün Türkiyədəki fəaliyyətlərini tamamilə dayandırdığını açıqlayıb.

PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaraları boşaldacaq - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO