Almaniyanın Azad Demokratik Partiyasından (FPD) olan siyasətçi Körner, “Welt am Sonntag” qəzetinə verdiyi açıqlamada, avronun yeni əskinazlarında “BioNTech” şirkətinin qurucuları kimi iki türk alimi Uğur Şahin və Özlem Türecinin şəkillərinin əks olunmasını təklif edib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Körner açıqlamasında "Onların işləri milyonlarla avropalının həyatını xilas etdi",- deyə qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Uğur Şahindən şad xəbər – “Yayın sonu normal həyata dönəcəyik”
Siyasətçi bildirib ki, Şahin və Türecinin inteqrasiya, sahibkarlıq, elmi mükəmməllik və açıq immiqrasiya cəmiyyətinin potensialı haqqında təsirli həyat hekayələri var.
Xatırladaq ki, 1 yanvar 2001-ci ildə Avrozonada rəsmi pul vahidi kimi qüvvəyə minən avronun 20-ci ildönümündə əskinazların yenidən dizayn olunması təklif olunur.
Bizim.Media