Başına buzlu su tökən gənc öldü -  FOTO, VİDEO

Başına buzlu su tökən gənc öldü - FOTO, VİDEO

Hazırda oxunan: Başına buzlu su tökən gənc öldü - FOTO, VİDEO

53149
Dünyada, o cümlədən də sosial şəbəkələrdə geniş yayılan “Buzlu su ilə dəstək” kampaniyası Şotlandiyada faciə ilə nəticələnib. 

ANS PRESS-in məlumatına görə, ALS xəstəliyinə diqqəti cəlb etmək və onlara maddi yardım üçün başladılan bu kampaniyaya qoşulan 18 yaşlı gənc başına buzlu su tökdükdən sonra ölüb.

Gənc aksiyanı Berntaylend şəhəri yaxınlıqdakı hündür və təhlükəli yerdə keçirmək istəyib. Hadisə şahidləri bildiriblər ki, gəncin başına buzlu su töküləndən sonra o, özünü 24 metr hündürlükdən çaya atıb. Bundan sonra gənc suda boğulub.

Onun başına buzlu su tökdüyünə görə öldüyü barədə tutarlı səbəblər olmasa da, ehtimal olunur ki, aksiyadan sonra gəncin səhhətində problemlər yaranıb. Bu səbəbdən o, çayda üzə bilməyib və boğulub.

Bu hadisə videokamera vasitəsilə çəkilib. Gənc şotlandiyalının yaxınları bu görüntülərin yayılmasını istəməsələr də, video sosial şəbəkələrdə yayılıb.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO