“Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsində ermənilərin TƏXRİBATI - FOTO

“Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsində ermənilərin TƏXRİBATI - FOTO

Hazırda oxunan: “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsində ermənilərin TƏXRİBATI - FOTO

51432

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçirilir. Ermənilər yenə də belə mötəbər tədbirdə təxribat törətməyə çalışıblar.

Bizim.Media xəbər verir ki, erməni nümayəndə heyətinin bəzi üzvləri üzərində müxtəlif şüarlar yazılan bayraqları ilə zala daxil olmaq istəyiblər. 

Azərbaycan nümayəndə heyətinin üzvü, İctimai TV-nin beynəlxalq departamentinin rəhbəri Maksim Tsurkovun Bizim Media-ya verdiyi məlumata görə, bununla bağlı dərhal  Avropa Yayımlar Birliyinə şikayət edilib, 6 dəqiqə ərzində həmin “bayraqlar”  zaldan cıxarılıb. 

Qeyd edək ki, ölkəmizi müsabiqədə “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edir.

Yarışmaya Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO