İstiqlalçı deputat Azərbaycan xalqını təbrik etdi

İstiqlalçı deputat Azərbaycan xalqını təbrik etdi

Hazırda oxunan: İstiqlalçı deputat Azərbaycan xalqını təbrik etdi

46952

Tarixçi professor, istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov Moderator.az-a açıqlamasında istiqlal günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib, arzularını dilə gətirib:

“Mən Azərbaycan xalqına layiq olduğu xoşbəxt bir həyat arzulayıram. Ölkəmizə tərəqqi, sivil dünyanın bir hissəsinə çevrilməyi arzu edirəm. Təbii ki, bu, hələlik arzu olaraq qalır. Baxmayaraq ki, 1918-ci ildə Azərbaycanda bütün müsəlman dünyasında ilk demokratik cümhuriyyət quruldu. 1991-ci ildə 18 oktyabr tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bütün dünya Azərbaycanı müstəqil dövlət kimi tanıdı. Biz o zamna rejimin əleyhinə çıxmaqla, Azərbaycanı müstəqil görmək üçün cəfalar çəkib, çətinliklərə sinə gərib, əziyyətlərə dözüb istiqlal uğrunda mübarizə apararkən, 20 Yanvar şəhidlərinin qanının yerdə qalmaması, onların intiqamının alınması üçün çalışarkən güman edirdik ki, müstəqillik nəticəsində Azərbaycan xalqı bütün istəklərinə çatacaq. Firavan bir həyat yaşayacaq, öz sərvətlərinin sahibi olacaqdır. Ancaq çox təəssüf edirəm ki, bu, olmadı. Amma hər halda Azərbaycanı dünya müstəqil bir dövlət kimi tanıyır. Bizim imzamız imzalar içində var. Bayrağımız bayraqlar içərisində dalğalanır. Bunun özü də böyük uğurdur. Inşallah müstəqilliyin verə biləcəyi digər üstnülüklərə, nemətlərə, sərvətlərə heç deyilsə yeni nəslin tezliklə nail olmasını arzulayıram. Arzu edirəm ki, həqiqətən də Azərbaycan həm müstəqil bir dövlət, həm də tərəqqi edən, daim tərəqqiyə can atan sivil ölkələr sırasında aparıcı yer tutan bir ölkəyə çevrilsin”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO