Putin köməkçisinin xəstəliyə tutulmasının təfərrüatını açıqlayıb. O, köməkçisinin koronavirusdan əziyyət çəkdiyini, iki gündür qızdırmasının olduğunu deyib.
Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya lideri hökumətin iclasında səsləndirib.
Sentyabr ayında dövlət başçısı ətrafında koronavirusa yoluxanlarla bağlı iki həftə özünü təcrid edib. Sonradan məlum olub ki, Putinin əlaqə saxladığı onlarla adam, xüsusən də köməkçisi xəstələnib.
Daha sonra Kreml prezident köməkçisinin koronavirusa qarşı peyvənd edildiyini, ancaq revaksinasiyanı vaxtında keçmədiyini söyləyib. Prezident təkrar peyvəndin vaxtını qaçırmamağa çağırıb.
“Peyvəndin vaxtında vurulması çox vacibdir. Bu anı qaçırmamaq lazımdır, əks halda vəziyyət ətrafımdakı (yoluxanları nəzərdə tutur) kimi inkişaf edə bilər”, deyə Putin qeyd edib.
Prezident peyvəndə görə xəstələnmədiyini bildirib. Müvafiq sualı “Rospotrebnadzor”un rəhbəri Anna Popovaya verib. O, cavabında peyvəndlərin rol oynadığını deyib.
"Düşünürəm ki, sizi infeksiyadan qoruyan əsas şey immunitet reaksiyasının çox yüksək olmasıdır”. Popova vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:49 / 05.10.2021
Putin köməkçisinin xəstəliyindən danışdı: “İki gündür...”
Hazırda oxunan: Putin köməkçisinin xəstəliyindən danışdı: “İki gündür...”
Hazırda oxunan: Putin köməkçisinin xəstəliyindən danışdı: “İki gündür...”
40269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.