İranda həbs olunan kəşfiyyatçı xanım azadlıqdadır!

İranda həbs olunan kəşfiyyatçı xanım azadlıqdadır!

Hazırda oxunan: İranda həbs olunan kəşfiyyatçı xanım azadlıqdadır!
3734
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda 10 il həbs cəzası kəsilən Avstraliyanın Melbourne Universitetinin politoloqu Doktor Kylie Moore-Gilbert azadlığa buraxılıb.

Doktor Kylie Moore-Gilberti İran höküməti kəşfiyyatçı olmasından şübhələndiyi üçün iki il öncə həbs etmişdir.

Bizim.Media xəbər verir ki, Doktor Kylie Moore-Gilbert azadlığa buraxılması ilə bağlı xəbəri Avstraliya Xarici İşlər Naziri Marise Payne ictimaiyyətə açıqlayıb.

O bildirib ki, xanım siyasətçinin həbsdən azad olması ilə bağlı İran İslam Respublikası ilə danışıqlar aparılıb. Müzakirələrdən sonra Melbourne Universitetinin politoloqu Doktor Kylie Moore-Gilbert azadlığa  buraxılıb.

Nazir onu da əlavə edib ki, siyasətçi müəllim Avstraliyaya geri dönəcək.

Doktor Kylie Moore-Gilbert ailəsi qızının azadlığa buraxılmasına görə şad olduqlarını və Avstraliya rəhbərliyinə təşəkkürünü bildirib.

Xatırladaq ki, avstraliyalı akademik Dr. Kylie Moore-Gilbert, 2018-ci ildə Tehranda elmi konfransa qatılmışdır. Onun kəşfiyyatçı olduğundan şübhələnən İran İslam Respublikası barəsində 10 il cəza kəsmişdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO