Türkiyədə “Zəfər” fotosərgisi açıldı - FOTOLAR

Hazırda oxunan: Türkiyədə “Zəfər” fotosərgisi açıldı - FOTOLAR

0:00
0:00
37326

İstanbulda Azərbaycan “İslahatçı Gənclər” İctimai Birliyi və Türkiyə Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü və Azərbaycanın Qarabağdakı qazandığı böyük qələbənin birinci ildönümünə həsr edilən “Zəfər” foto sərgisi açılıb.  

Bizim.Media xəbər verir ki, sərgidə Azərbaycanın Vətən Müharibəsindəki qələbəsini, müharibə dövründə Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror hücumlarını, Azərbaycan-Türkiyə qardaşlığını və böyük zəfərdən sonra Qarabağda başlanan böyük yenidənqurma işlərini əks etdirən fotolar nümayiş etdirilib. 

Çıxış edən Azərbaycanın İstanbul Konsulu Zaur Allahverdi-zadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Türkiyə Gənclər Birliyinin sədri Dilək Çinar Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda qazandığı böyük zəfərdən, Ordumuzun rəşadətindən və xalqımızın həmrəyliyindən bəhs ediblər. 

Vətən Müharibəsindəki böyük qələbədən sonra Azərbaycan və Türkiyə gəncliyi qarşısında böyük vəzifələrin dayandığını və iki qardaş ölkə gəncliyinin birgə fəaliyyətinin zəruri olduğunu qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO