“Uzak Şehir”in yeni seriyası bu tarixdən başlayır – Yeni aktyorlar, yeni obrazlar...

“Uzak Şehir”in yeni seriyası bu tarixdən başlayır – Yeni aktyorlar, yeni obrazlar...

Hazırda oxunan: “Uzak Şehir”in yeni seriyası bu tarixdən başlayır – Yeni aktyorlar, yeni obrazlar...

632299

Kanal D ekranlarında yayımlanan “Uzak Şehir” serialının 3-cü mövsüm çəkilişlərinə start verilib.

Bizim.Media xəbər verir ki, bu gün çəkiliş meydançasına qayıdan serialın yeni mövsümünün ilk səhnələri İstanbulda lentə alınacaq. Daha sonra heyət sürpriz səhnələrin çəkilişi üçün Macarıstanın paytaxtı Budapeştə yollanacaq.
 

Yeni mövsümdə serialın aktyor heyətində də bir sıra dəyişikliklər olacaq. Usta aktyor Mustafa Avkıran “Kartal” obrazı ilə layihəyə qoşulub. Mehmet Koran Fırat və Onur Özaydın da yeni mövsümdə serialın heyətində yer alacaqlar.


Layihənin yeni afişası üçün fotosessiya da artıq başa çatıb. Baş rol ifaçısı Ozan Akbabanın yeni imici isə serialın izləyicilərinin diqqətini çəkib.

Çəkilişlərinə bu gündən başlanılan “Uzak Şehir”in 64-cü bölümünün sentyabr ayında tamaşaçılara təqdim edilməsi planlaşdırılır. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO