Güclü leysan Daşkəsəndə yolu bağladı, kəndlə əlaqə kəsildi - FOTO

Güclü leysan Daşkəsəndə yolu bağladı, kəndlə əlaqə kəsildi - FOTO

Hazırda oxunan: Güclü leysan Daşkəsəndə yolu bağladı, kəndlə əlaqə kəsildi - FOTO

632343

Dünən Daşkəsənə yağan güclü leysan yağışlar rayonun bir çox ərazilərində problemlər yaradıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə gündüz saatlarında aramsız yağıntılar Daşkəsən-Mollahəsənli avtomobil yoluna iri qaya parçaları və palçıq kütləsi tökülərək yol bağlanıb.

Nəticədə kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. 

Daşkəsən rayon icra hakimiyyətindən bildiriblər ki, rəhbərlik Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə əraziyə baxış keçirib, mövcud vəziyyətin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
 

Problemin aradan qaldırılması istiqamətində dərhal işlərə başlanılıb. “31 saylı Yol İstismarı” MMC, "AzerGold" QSC və "Daşkəsən Dəmir Filiz" MMC-nin dəstəyi ilə əraziyə texnikalar cəlb olunub. Yol iri qaya parçaları və palçıq kütləsindən təmizlənib, gediş-gəliş bərpa olunub.


Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti davam edir. Rayonun bütün idarə, müəssisə və xidmət sahələri fəaliyyətlərini hava şəraitini nəzərə almaqla qurur.










Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO