Göyçayda idarəetmədən çıxan maşın aşdı - Xəsarət alanlar var - FOTO

Göyçayda idarəetmədən çıxan maşın aşdı - Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Göyçayda idarəetmədən çıxan maşın aşdı - Xəsarət alanlar var - FOTO

632369

Göyçayda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Xəlitli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. 

Qəza zamanı avtomobil yol kənarındakı qaz xəttini zədələyib və qırb. Hazırda Xəlitli kəndinin qaz təminatında fasilələr yaranıb. 

Bundan başqa, avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO