Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI

Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI

Hazırda oxunan: Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI

632297

Artıq bir neçə gündür ki, səhər saatlarında ardıcıl olaraq köhnə tipli qatarların hərəkət etdiyi müşahidə olunur. Sərnişinlərin sözlərinə görə, yeni nəsil qatarlardan istifadə etmək üçün 4-5 köhnə tipli qatarın ötməsini gözləmə zərurəti yaranıb.

Bizim.Media xəbər verir ki, Oxu.az məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlayıb.
 

Qurumdan bildirilib ki, "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində hər iki xətt üzrə ümumilikdə iki dartı tipli elektrik yarımstansiyasının inşası və daha birinin isə yenidən qurulması nəzərdə tutulub:


"Bu işlər başa çatdıqdan sonra "qırmızı" xətt üzrə yeni nəsil qatarların xəttə verilməsi intensivliyi artırılacaq".

Qurum qeyd edib ki, yeni nəsil qatarların müvafiq texniki parametrlərinə uyğun olaraq, xəttə verilməsi dartı tipli elektrik təchizatının mövcud texniki imkanları nəzərə alınmaqla həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO