Müəllim olmaq istəyənlərin nəzərinə: Müsahibə mərhələsi BAŞLAYIR

Müəllim olmaq istəyənlərin nəzərinə: Müsahibə mərhələsi BAŞLAYIR

Hazırda oxunan: Müəllim olmaq istəyənlərin nəzərinə: Müsahibə mərhələsi BAŞLAYIR
632348
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Bizim.Media xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, avqustun 26-dan etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi 2 sentyabradək davam edəcək.
 

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edəcəklər.


Nəzərinizə çatdırırıq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədikləri halda bu, seçdikləri vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO