İki həftədə 11 mindən çox uşağa peyvənd vuruldu - FOTO

İki həftədə 11 mindən çox uşağa peyvənd vuruldu - FOTO

Hazırda oxunan: İki həftədə 11 mindən çox uşağa peyvənd vuruldu - FOTO

632350

TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində ölkə üzrə 1–15 avqust tarixlərində 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq olunub.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
 

Bildirilib ki, plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusunun qiymətləndirilməsi, peyvənddən kənarda qalmış və natamam immunizasiyalı uşaqların müəyyənləşdirilməsi, valideynlərin maarifləndirilməsi və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər həyata keçirilir.


Qeyd edək ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 15–31 iyul tarixlərində keçirilən təlimlərdə 1 435 tibb işçisi iştirak edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO