DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO

DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO

Hazırda oxunan: DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO
632281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
 

Müsabiqədə dövlət ali təhsil müəssisələrini bitirən, yaşı 20-dən 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), xarici dil biliklərinə, yazılı və şifahi tərcümə, hüquqi sənədlərlə, terminologiya və lüğətlərlə işləmək bacarıqlarına malik, Bakı şəhərində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.


Namizədlərin sağlamlıq vəziyyəti və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Müsabiqədə tərcüməçi kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Namizədlər 2026-cı ilin avqust ayının 20-dən oktyabr ayının 20-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında - www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Ətraflı məlumat DİN-in rəsmi internet saytında yerləşdirilib.

DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO