"Trabzonspor" prezidenti Salah transferinin təfərrüatını açıqlayıb: illik 17 milyon avro

Hazırda oxunan: "Trabzonspor" prezidenti Salah transferinin təfərrüatını açıqlayıb: illik 17 milyon avro
632377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Trabzonspor”un prezidenti Ertuğrul Doğan Məhəmməd Salahın Türkiyə klubuna transferinin necə baş tutduğunu açıqlayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı misirli ulduzla ikiillik müqavilə imzalanıb.

Salahın illik 17 milyon avro qazanacağı, həmçinin üzərində adı olan məhsulların satışından 20 faiz pay alacağı bildirilir.

Doğanın sözlərinə görə, Salah danışıqlar zamanı “Niyə məhz ‘Trabzonspor’u seçməliyəm?” sualını verib. Klub rəhbərliyi ona Trabzon şəhərində futbolçulara göstərilən sevgidən və azarkeşlərin bənzərsiz münasibətindən danışıb.

Tərəflər arasında ilk görüş “Zoom” vasitəsilə keçirilib. Salah Mikonosda istirahətdə olduğu müddətdə danışıqlar davam etdirilib və transfer beş-altı gün ərzində yekunlaşıb.

Futbolçunun müqavilə mərasiminə “Papara Park”da 35 min azarkeş qatılıb. Transferdən sonra ilk dörd-beş gündə satılan mövsümlük biletlər Salahın builki maaşının təxminən 70 faizini qarşılayıb. Klub mövsümlük bilet satışının 30 mini ötəcəyini gözləyir.

“Liverpul”da keçirdiyi doqquz il ərzində Premyer Liqada 191 qol vuran Salah yeni klubunda debütünü “Kasımpaşa” ilə 1:1 hesablı oyunda edib. (lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO