“TikTok”dan gözlənilməz YENİLİK: Mesajla pul göndərmək mümkün olacaq

“TikTok”dan gözlənilməz YENİLİK: Mesajla pul göndərmək mümkün olacaq

Hazırda oxunan: “TikTok”dan gözlənilməz YENİLİK: Mesajla pul göndərmək mümkün olacaq

632304

"TikTok" istifadəçilərə şəxsi mesajlar vasitəsilə bir-birlərinə pul göndərməyə imkan verəcək yeni bir funksiya üzərində işləyir.

Bizim.Media "Bloomberg"ə istinadən xəbər verir ki, köçürmələrin şirkətin öz ödəniş xidməti olan “TikTok Pay” vasitəsilə edilməsi planlaşdırılır.
 

Yeni funksiya “iPhone” üçün nəzərdə tutulan tətbiqin Amerika versiyasının gizli kodunda aşkar edilib.


Şirkət nümayəndələri bildiriblər ki, bu funksiya hazırda heç bir ölkədə sınaqdan keçirilmir və bu da yeniliyin hələ ilkin mərhələsində olduğunu göstərir.

“TikTok Pay” artıq Vyetnam, Malayziya və Tayland da daxil olmaqla bəzi Cənub-Şərqi Asiya ölkələrində “TikTok Shop”dan istifadə etmək üçün mövcuddur. Yeni funksiyanın istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO