Bağlanan universitetin tələbələri ilə bağlı RƏSMİ AÇIQLAMA

Bağlanan universitetin tələbələri ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bağlanan universitetin tələbələri ilə bağlı RƏSMİ AÇIQLAMA

632354

Bakı Qızlar Universitetində (BQU) təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı məsələlər hazırda nəzərdən keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə “modern.az”ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

“Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı aidiyyəti məsələlər hazırda nəzərdən keçirilir. Müvafiq qərarlar qəbul edildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə rəsmi məlumatda vurğulanıb. 

Xatırladaq ki, Bakı Qızlar Universitetinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticəsi “uyğun deyil” qiymətləndirildikdən sonra ali məktəbin təhsil fəaliyyəti dayandırılıb.

Belə ki, hazırda universitetdə təhsil alan 1568 tələbənin qəbul balı, ixtisası, təhsil səviyyəsi və forması, tədris ili və dili, həmçinin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla Bakıda yerləşən digər özəl ali təhsil müəssisələrinə köçürülməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO