100 milyon dollar dəyərində kriptovalyuta OĞURLANDI 

100 milyon dollar dəyərində kriptovalyuta OĞURLANDI 

Hazırda oxunan: 100 milyon dollar dəyərində kriptovalyuta OĞURLANDI 

34396

Yaponiyanın ən böyük kriptovalyuta birjalarından biri olan Liquid Global kimliyi bilinməyən hackerlər tərəfindən kiberhücuma məruz qalıb.  

Bizim.Media xəbər verir ki, reallaşdırılmış kiberhücum nəticəsində hackerlər bir sıra rəqəmsal portmanatı hack edərək ümumi dəyəri 100 milyon dollar olan kriptovalyuta oğurlayıblar.

Nə qədər istifadəçinin zərər çəkdiyi barəsində məlumat yoxdur. Liquid Global bldirib ki, o, oğurlanmış kriptovalyutalar ilə bağlı olan tranzaksiyaları izləməkdə davam edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu ölkədə 15 milyondan çox kriptovalyuta istifadəçisi var


​​​​​​​Bunun sayəsində şirkət oğurlanmış kriptovalyutaların istifadəsini bloklaya və onları istifadəçilərə geri qaytara bilər.

Bu, son 1 ay ərzində baş verən ikinci böyük kriptovalyuta oğurluğudur. Hələ 10 avqust tarixində Mr. White ləqəbli hacker Poly Network kriptoplatformasını hack edərək ümumi dəyəri 600 milyon dollar olan rəqəmsal valyuta oğurlamışdı.

Həmin kiberhücumdan 10.000-ə yaxın istifadəçi zərər çəkmişdi. Lakin həmin hadisənin nəticəsində hacker oğurladığı bütün vəsaiti geri qaytarmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO