Bütün “Samsung” televizorları bloklanacaq – TƏCİLİ XƏBƏR

Bütün “Samsung” televizorları bloklanacaq – TƏCİLİ XƏBƏR

Hazırda oxunan: Bütün “Samsung” televizorları bloklanacaq – TƏCİLİ XƏBƏR

34210

“Samsung” şirkəti TV Block texnologiyasını təqdim edib.

Bizim.Media “Bleeping Computer”ə istinadən xəbər verir ki, yeni texnologiya ilə oğurlanmış “Samsung” televizorlarını bloklamaq mümkündür. 

Korporasiyanın açıqlamasına görə bu cür texnologiya təhlükəsizliyi təmin edəcək və televizor oğurluqlarının sayını azaldacaq.

TV Block texnologiyasından yalnız real alıcılar, yəni televizorların gerçək sahibləri istifadə edə biləcəklər. Bununla yanaşı, siz televizoru internete qoşmaqla adıçəkilən cihaz vasitəsilə texnikanızın oğurluq, leqal olmayan üsullarla satılıb-satılmadığını da yoxlaya bilərsiniz. 

Oğurlanan televizorunuzun seriya kodunu yazmaqla tapılacağı təqdirdə onun bütün funksiyalarını söndürə biləcəksiniz.

Xatırladaq ki, 2020-ci ilin iyulunda Cənubi Afrika Respublikasında TV Block texnologiyası uğurla sınaqdan keçirilib. Səbəb CAR-da çoxsaylı televizor oğurluqları olub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO