Əfqanıstanda televizora baxmaq qadağan edildi

Əfqanıstanda televizora baxmaq qadağan edildi

Hazırda oxunan: Əfqanıstanda televizora baxmaq qadağan edildi

32710

“Taliban” qüvvələrinin paytaxt Kabilə doğru irəliləməsi Əfqanıstanda vəziyyəti gərginləşdirib. 

Bizim.Media xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb. 

Əfqanıstanda 50-dən artıq vilayəti ələ keçirən “Taliban” hərəkatı bəyanat yayaraq bildirib ki, vilayətləri döyüşsüz ələ keçirməyimiz onu göstərir ki, bizim əfqan xalqı arasında böyük nüfuzumuz var. 

“Taliban” ələ keçirdiyi vilayətlərdə artıq öz qaydalarını tətbiq etməyə başlayıb. Belə ki, “Taliban”ın nəzarəti altında olan vilayətlərdə televizora baxmaq qadağan olunub.

Evlərdəki televizor və peyk antenaları müsadirə edilir. Mobil telefonlar yoxlanılır. Mobil telefonunda əxlaq normalarına uyğun olmayan video və foto tapılan şəxslər cəzalandırılır.

Qadınların təkbaşına küçəyə çıxması qəti qadağan edilib. Küçəyə çıxan qadının yanında mütləq əri və ya yaxın qohumu olmalıdır. Kişilər mütləq saqqal saxlamalıdırlar, üzünü qırxanlar cəzalandırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO