TƏCİLİ! İran Ermənistana XƏBƏRDARLIQ ETDİ

TƏCİLİ! İran Ermənistana XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: TƏCİLİ! İran Ermənistana XƏBƏRDARLIQ ETDİ
264826
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişindən sonra İran rəsmiləri diqqət mərkəzinə gəlib. İranın xarici işlər naziri Abbas Əraqçı, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın telefon zənginə cavab olaraq bildirib ki, sülh sazişi çərçivəsində razılaşdırılan “dəhliz” İranın digər nəqliyyat marşrutlarına çıxışını məhdudlaşdırmamalıdır.

Bizim.Media “Azad İran” teleqam kanalına istinadla xəbər verir ki, Əraqçı ölkələrin suverenliyi, ərazi bütövlüyü və regional sabitliyin qorunmasının vacib olduğunu vurğulayıb.

O, qeyd edib ki, bu prinsiplərin təmin olunması İran üçün prioritetdir.
 

Ermənistan XİN başçısı Ararat Mirzoyan isə söhbət zamanı iki ölkə arasında mehriban qonşuluq və qarşılıqlı maraqlara əsaslanan dostluq münasibətlərinin qorunmasının önəmli olduğunu bildirib.


Mirzoyan, Ermənistanın nəqliyyat marşrutları ilə bağlı qərarlarını qəbul edərkən regional sülh və sabitliyə, eləcə də İran və Ermənistanın maraq və narahatlıqlarına diqqət yetirəcəyini vurğulayıb.
 

Qeyd edək ki, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri ABŞ prezidenti Donald Trampın iştirakı ilə yeddi bəndlik sülh sazişini paraflayıb.


Sazişdə “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi də əhatə olunub.

Bu addımlar Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik üçün mühüm bir mərhələ sayılır, lakin qonşu ölkələrin narahatlıqları və regional balansın qorunması məsələləri hələ də gündəmdə qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO