Əhaliyə qəribə çağırış: Ev heyvanınızı yırtıcılara yem kimi gətirin - Danimarkada

Əhaliyə qəribə çağırış: Ev heyvanınızı yırtıcılara yem kimi gətirin - Danimarkada

Hazırda oxunan: Əhaliyə qəribə çağırış: Ev heyvanınızı yırtıcılara yem kimi gətirin - Danimarkada
263513
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Danimarkanın şimalında yerləşən Olborq Zooparkı əhaliyə qeyri-adi bir çağırışla müraciət edib.

Qurum vəhşi heyvanların bəslənməsi üçün sağlam ev heyvanlarının – məsələn, dəniz donuzcuqları, dovşanlar və toyuqların ianə olunmasını təklif edir.

Bizim.Media "ABC News"a istinadən xəbər verir ki, bu barədə zooparkın rəsmi müraciət yayıb.
 

Zoopark nümayəndələrinin sözlərinə görə, bu təşəbbüs təbii qida zəncirinin təqlidinə və heyvanların rifahının təmin olunmasına yönəlib.


Onlar bildirirlər ki, gətirilən heyvanlar xüsusi təlim keçmiş əməkdaşlar tərəfindən “yumşaq şəkildə yuxuya veriləcək” və daha sonra yırtıcıların yem rasionuna daxil ediləcək.
 

“Müxtəlif səbəblərə görə vermək istədiyiniz sağlam bir heyvanınız varsa, onu bizə ianə etməkdən çəkinməyin”, – deyə müraciətdə qeyd olunur. Zoopark əlavə edir ki, bu yolla “heç nə israf olmur” və yırtıcılar təbiətlərinə uyğun qidalanma əldə edirlər.


Onlayn çağırış dişlərini göstərən bir vəhşi pişiyin fotosu ilə müşayiət olunub və orada qurumun saytına keçid yerləşdirilib. Saytda həmçinin bildirilir ki, zoopark atların qəbuluna da hazırdır.

Amma digər heyvan növləri potensial ianə siyahısında göstərilmir. (Ölkə.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO