Rusiya təyyarəsində ölən qadın bələdçinin həyat hekayəsi – FOTO/VİDEO

Rusiya təyyarəsində ölən qadın bələdçinin həyat hekayəsi – FOTO/VİDEO

Hazırda oxunan: Rusiya təyyarəsində ölən qadın bələdçinin həyat hekayəsi – FOTO/VİDEO
261449
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün səhər Rusiyanın Amur vilayətində "Angara" aviaşirkətinə məxsus An-24 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xabarovsk – Blaqoveşensk – Tında marşrutu üzrə hərəkət edirmiş.Göyərtədə 43 sərnişin olub, onlardan 5-i uşaq idi. İlkin məlumatlara görə, hamısı həlak olub.

Ekipajın altı üzvü də qəzanın qurbanı olub.

Bizim.Media xəbər verir ki, qəzaya uğrayan təyyarədəki yeganə qadın ekipaj üzvü 43 yaşlı Anastasiya Bessmertnaya olub.

O, Ural Mülki Aviasiya Təlim-Tədris Kollecini bitirib. Anastasiya həyatının yarısını aviasiyaya həsr edib — “İrAero” və “Enkor” şirkətlərində çalışıb.

2013-cü ildən “Angara” aviaşirkətində bələdçi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı da aviasiya sahəsindədir — bortmexanikdir.

“Anastasiya 20 ildən artıq ömrünü aviasiyaya həsr etmişdi. Onun iki azyaşlı qızı qalıb. Uşaqlar hələ məktəbdə oxuyurlar,” – İA Regnum bu məlumatı mənbəyə istinadla yayıb.

Qeyd edək ki, Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsinin 49 yaşı olub. O, 1976-cı ildə Kiyev Aviasiya Zavodunda istehsal olunub. İlkin ehtimallara görə, qəzanın səbəbi pis hava şəraiti və məhdud görünmə şəraitində pilotun yol verdiyi səhv olub.


Rusiya təyyarəsində ölən qadın bələdçinin həyat hekayəsi – FOTO/VİDEO - foto 1
Rusiya təyyarəsində ölən qadın bələdçinin həyat hekayəsi – FOTO/VİDEO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO