Özəl uşaq bağçasında ZƏHƏRLƏNMƏ: 6 nəfər həbs edildi

Özəl uşaq bağçasında ZƏHƏRLƏNMƏ: 6 nəfər həbs edildi

Hazırda oxunan: Özəl uşaq bağçasında ZƏHƏRLƏNMƏ: 6 nəfər həbs edildi
260884
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin hüquq-mühafizə orqanları Tianşuy şəhərində (Qansu əyaləti) özəl uşaq bağçasında qurğuşun zəhərlənməsinə görə 6 nəfəri həbs ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, istintaq tədbirləri çərçivəsində daha 2 nəfər saxlanılıb, 3 nəfər məhkəməyə qədər zaminə buraxılıb, daha 10 vəzifəli şəxs səlahiyyətlərini lazımınca yerinə yetirmədiyinə və səhlənkarlığına görə məsuliyyətə cəlb edilib. Onların arasında Qansu əyalətinin Səhiyyə İdarəsinin rəhbəri və onun müavini, həmçinin partiya katibi və Tianşuy şəhərinin meri də var.

İstintaq araşdırıb ki, bağçanın təhsil fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmayıb.

Bundan əlavə, Qansu əyalətinin xəstəliklərə nəzarət və profilaktika Mərkəzi kütləvi zəhərlənmə ilə operativ şəkildə mübarizə apara bilməyib və qan analizi ciddi pozuntularla aparılıb.

Xatırladaq ki, iyulun əvvəlində həkimlər Qansu əyalətinin Tyanşuy şəhərindəki özəl uşaq bağçasında 247 uşaqda qanda qurğuşun səviyyəsinin normadan kənara çıxdığını aşkar ediblər. Onlardan 235-i xəstəxanaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO