Ərdoğandan PKK-nın tərksilah olunmasına REAKSİYA - FOTO

Ərdoğandan PKK-nın tərksilah olunmasına REAKSİYA - FOTO

Hazırda oxunan: Ərdoğandan PKK-nın tərksilah olunmasına REAKSİYA - FOTO
259444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ümid edirəm ki, bu gün atılan mühüm addım — terrorizmdən uzaq Türkiyə hədəfinə doğru yolumuzda xeyirli nəticələr verəcək”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın tərksilah olunması ilə bağlı paylaşımında bildirib.

“Uca Allahdan diləyimiz budur ki, ölkəmizin təhlükəsizliyi, xalqımızın əmin-amanlığı və regionda davamlı sülhün təmin olunması naminə çıxdığımız bu yolda məqsədlərimizə çatmağı bizə nəsib etsin”, - Ərdoğan qeyd edib.

Qeyd edək ki, PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində tərksilah olması prosesi başa çatıb.

Bu günə qədər onminlərlə insanın ölümünə səbəb olan PKK terror təşkilatı 27 noyabr 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində qurulub. Təşkilatın ilk hücumu 1984-cü il avqustun 15-i axşam saatlarında Siirtin Eruh və Hakkarinin Şəmdinli rayonlarında həyata keçirilmiş, nəticədə 1 əsgər şəhid olmuş, 9 əsgər və 3 mülki şəxs yaralanmışdı.

Ərdoğandan PKK-nın tərksilah olunmasına REAKSİYA - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO